18 oktyabr 2013 18:47
“Bu, son illərdəki ən uğurlu püşkatmadı”
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın aparıcı oyunçusu Vitali Borisov UEFA Kubokunun elit raundunda komandamıza rəqib olan kollektivlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Portuqaliya “Sportinq”i, Macarıstan “Qyor”u və Hollandiya “Eyndhoven”i ilə bağlı bunları söyləyib:
“Bu, son illərdəki ən uğurlu püşkatmadı. Qrup oyunlarını qəbul edəcək komandalar arasında ən uyğunu “Sportinq” idi. “Qyor” yaxşı komandadı. Fikrimcə, qrup qalibi olmaq uğrunda mübarizə bizimlə portuqaliyalılar və macarlar arasında keçiriləcək. Heç bir komanda asanlıqla qalib olmayacaq. Şanslar bərabərdi. Amma mənə elə gəlir ki, bizim dördlər finalına çıxmaq üçün yaxşı imkanımız var. “Eyndhoven”ə gəlincə, bu komandanın dördlər finalına vəsiqə uğrunda mübarizə aparması çətin görünür. Bu komanda ilə iki dəfə görüşmüşük, hər ikisində qalib gəlmişik”.