18 oktyabr 2013 18:19
Qurban Qurbanov: Sumqayıtla oyun bizə asan olmayacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turunda qarşılaşacaqları “Sumqayıt”la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komanda yalnız bu gün tam tərkibdə toplaşıb. Ona görə də heç bir normal hazırlıqdan söhbət gedə bilməz. Bu, təbii ki, “Sumqayıt”la oyunumuza təsir göstərə bilər. Ola bilər ki, hətta nələrsə istədiyimiz kimi alınmasın. Rəqibimiz bu mövsüm artıq “Neftçi”, “Qəbələ” kimi rəqiblərdən xal ala bilib. Bizə də asan olmayacaq”.