17 oktyabr 2013 17:49

Mahir Şükürov: Hamımız Foqtsun qalmasını istəyirik

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu ilə bağlı sualları cavablayıb.
 
Oyun haqda nə deyə bilərsiniz?
İlk öncə hamını keçmiş Qurban bayramı münasibəti ilə təbrik edirəm. Biz bilirdik ki, bu görüş çətin olacaq. Qələbəmiz haqqında dediyimiz sözlərdən sonra çoxları sözlərimizi siyasiləşdirməyə çalışırdı. Təəssüf ki üç xal ala bilmədik. Ancaq bununla belə 1:1 hesablı heç-heçə də yaxşı nəticədir. Əvvəl-axır 9 xal yığdıq ki, bu da yığmamız üçün belə desək, yenilikdir.
 
“Milli” azlıqda qalanda məğlubiyyətin qaçılmaz olması hissi yox idi?
Əlbəttə, on nəfər qalanda bizə çətin idi. Həm də rəqib topu daha çox saxlamağa başladı. Ancaq komanda daxilində öz aramızda qərara aldıq ki, məğlub olmağa hazırlaşmırıq. Xoşbəxtlikdən hesabı bərabərləşdirdiyimiz standart vəziyyət baş tutdu. Qol ötürməsinin müəllifi olduğuma şadam.
 
Oyundan qabaq Səmədovun məhz sizin cinahda oynamasını arzulamırdınız?
Mən ən çox “Qambarov” (Dmitri Kombarova işarə edir) haqda düşünürdüm. Ona qarşı hələ “Anji”də olarkən çıxış etmişəm. O isə “Dinamo”da oynayırdı. Bu səbəbdən necə oynayacağmı bilirdim. Prinsipcə o, problemlər yaşatmadı.
 
Buraxılmış qoldan sonra ruslar sadəcə top gillətməklə  məşğul idilər. Necə hesab edirsiniz, bu onların yenidən qol buraxmaq qorxusundan irəli gəlirdi?
Düşünmürəm ki, rəqib bizdən qorxdu. Onlar mundialın final mərhələsinə çıxırdılar və Portuqaliya – Lüksemburq oyununun nəticəsini bilirdilər. Odur ki, burada xüsusi heç nə yoxdur.
 
Bu oyun baş məşqçi Berti Foqtsun seçmə mərhələlərdə son rəsmi oyunu oldu. Alman mütəxəssisin “milli” ilə işləməyə davam etməsini istərdiniz?
Hamımız Foqtsun qalmasını istəyirik. Hər növbəti mərhələdə bizim göstəricilərimiz yaxşılaşır. Düşünürəm ki, növbəti seçmədə biz daha çox uğura nail olacağıq.
 
Sizi mərhələnin son iki oyununun qəhrəmanı hesab etmək olar. Bu amil sizi arxayınlaşdırmır?
Hara arxayınlaşım? Tezliklə yaşım 31-i vuracaq. Əksinə, çalışmalı və özümü sübut etməliyəm. Allaha şükür, Rusiya ilə məşqdə mənim də çalışqanlığım uğur gətirdi.
 
Bu seçmə mərhələdə yığmanın çıxışını ümumilikdə necə qiymətləndirirsiniz?
Yalnız üç oyunda, qrupun favoritləri - Portuqaliyaya iki dəfə və Rusiyaya səfərdə məğlubiyyəti nəzərə alsaq, bu seçmə mərhələ bizim üçün ən yaxşı alındı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.