17 oktyabr 2013 16:21
Kamran Ağayev uzun müddət futboldan kənar qala bilər
Azərbaycan yığmasının və “Bakı”nın qapıçısı Kamran Ağayev uzun müddət futbol meydanlarından kənar qala bilər. Azerisport.az xəbər verir ki, qapıçı menisk zədəsi alıb.
Sabah Ağayev Türkiyəyə müayinəyə yollanmalıdır. Ancaq son qərarı yerli həkimlər verəcək. Onlar sabahkı müayinədən sonra yekdil rəyə gəlməlidirlər.
