17 oktyabr 2013 16:09
Elxan Məmmədov UEFA-nın tədbirində iştirak edir
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına həsr olunmuş ilk tanıtım seminarı öz işinə başlayıb. Azerisport.az xəbər verr ki, AÇ-2020-nin oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürmüş bütün şəhərlərin nümayəndələrinin qatıldığı tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və İşçi Qrupun üzvləri iştirak edir.
Seminar sabah - oktyabrın 18-də yekunlaşacaq.
