17 oktyabr 2013 15:37

Elşad Nəsirov: Berti Foqts Azərbaycan yığması üçün çox şey edib

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov azerisport.az-a müsahibəsində Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində çıxışından, yığmanın baş məşqçisi ilə bağlı sualdan və Aleksandr Səmədova dediklərindən danışıb.
 
Azərbaycan yığması üçün növbəti seçmə mərhələ başa çatdı. Yekun nəticələrdən danışardınız?
Hesab edirəm ki, bu seçmə mərhələ bizə düşdü. Komanda heç vaxt olmadığı dördüncü yeri qazandı. Müdafiəmiz məni heyrətə gətirdi. Mən müdafiəmizi hələ belə inamlı görməmişdim. Biz eyni rəqiblərlə oynayıb Portuqaliyadan iki qol çox buraxdıq. Düşünürəm ki, bu nəticə çox qiymətlidir.
 
Ancaq elə də çox qol vurmadıq...
Olsun. Ancaq qarşısında məqsəd qoymuş öz oyun dəsti-xətti olan intizamlı komanda kimi görünürdük. Düzdü, həmişə məqsədə çatmırdıq. Məsələn, hesabda 1:0 irəlidə olduğumuz üç oyunda əldən buraxdığımız qələbələr. Bununla belə, mən Avro 2016-nın seçmə mərhələsinə inamla baxıram.
 
Komandaya kimin rəhbərlik edəcəyi barədə danışmaq olar?
Sualınıza cavab verməzdən əvvəl qarşılıqlı sual ünvanlayım. Bilmirsiniz, mənim adımdan “Foqts kişidir! O, qalmalıdır” kimi sözlər haradan götürülüb? Mən bu bəyanatları öz adımdan Rusiya KİV-də oxumuşam. Mən belə şeylər və heç kimə deməmişəm.
 
Siz belə hesab etmirsiniz?
Foqtsun kişi olması barədə? Məgər dünya və Avropa çempionu kişi olmaya bilər? Ancaq onun qalıb-qalmayacağı barədə... İcraiyyə komitəsi qərar verəcək. Ancaq əvvəlcə Azərbaycan futbol ictimaiyyətinin fikrini bilmək istərdim. Futbol həyatında iştirak edən adamların. Mən hesab edirəm ki, Berti Azərbaycan yığması üçün çox şeylər edib.
 
Oyundan sonra Rusiya yığmasının avtobusu yanında siz Aleksandr Səmədovla nə barədə isə söhbətləşirdiniz. Sirr deyilsə, nə barədə?
Mən ona dünya çempionatında uğur arzuladım. Mən çox istərdim ki, o, Fabio Kapellonun iştirak ərizəsinə düşsün. Mən heyətində azərbaycanlı oynadığı üçün Rusiya yığmasına azarkeşlik edəcək çox adam tanıyıram.
 
Azarkeşlərin Səmədovun ünvanına yönəltdiyi sözlərə necə yanaşdınız?
Mənfi. Mətbuata nə deməyindən, hansı yığmada çıxış etməyindən asılı olmayaraq o, azərbaycanlı olub, azərbaycanlıdır və azərbaycanlı olaraq qalır. Siz bilirsiniz onu Rusiya yığmasında necə çağırırlar? Saşa, Sanyok, Şura deyə yox. Onu Səməd çağırırlar. O, Anatoli Banişevskidən sonra dünya çempionatında oynayacaq ikinci həmvətənimiz ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.