17 oktyabr 2013 13:12
Yığmamız FIFA reytinqində 19 pillə irəlilədi
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda 19 pillə irəliləyib.
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız indi 88-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 407 reytinq xalı var.
