17 oktyabr 2013 12:32
Rusların bu hərəkəti cizgi filminin epizodu ilə müqayisə olundu (VİDEO)
Yunanıstan mətbuatı dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunun sonunda diqqətçəkən bir məqamı xüsusi ilə qabardıb. Azerisport.az xəbər verir ki, yunanlar ikinci hissəyə artırılmış vaxtda rusiyalı futbolçular Sergey İqnaşeviç və Dmitri Kombarovun yarım dəqiqəyə qədər ötürmələr edərək açıqca vaxt öldürdüyü epizodu diqqətdən qaçırmayıblar.
Həmçinin, Yunanıstan KİV-i bu anı məşhur “Simpsonlar” multserialının epizodlarından biri ilə müqayisə edib.
