17 oktyabr 2013 11:35

Didye Droqba fəxri “Qızıl pəncə-2013” mükafatına layiq görülüb

“Qalatasaray”ın hücumçusu Didye Droqba fəxri “Qızıl pəncə-2013” mükafatına layiq görülüb. Azerisport.az Fransa mətbuatına istinadən xəbər verir ki, qalibin adı rəsmən Monakodakı mətbuat konfransında elan edilib.
 
Mərasimdə knyaz İkinci Albert, həmçinin, ötən illərin məşhur futbolçuları Karlos Valderrama, Osvaldo Ardiles və Jan-Pyer Papaen iştirak ediblər.
 
Droqbanın əsas rəqibi “Real”ın lideri Kriştianu Ronaldu olub.
 
Xatırladaq ki, ötən il qalib PSJ-nin hücumçusu Zlatan İbrahimoviç olmuşdu.
 
Mükafat 2003-cü ildə knyaz İkinci Albertin göstərişi ilə jurnalist Antonio Kalyendo tərəfindən təsis edilib və yaşı 29 və yuxarı olan futbolçulara 10 namizəd arasında Internet səsvermə əsasında bütün dünyadan olan jurnalistlərin xüsusi komissiyası tərəfindən müəyyən edilərək təqdim edilir.
 
Qaliblər öz pəncələrinin izini Champions Promenade-də “Şərəf xiyabanı”nda qoyurlar. Qeyd edək ki, tədbirin sponsoru Azerbaijan. Land of Fire brendi olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.