17 oktyabr 2013 11:20
Xəzər Lənkəran Simurq sınağına hazırlaşır
“Xəzər Lənkəran” artıq dörd gündür ki, paytaxtda “Simurq”la matçın hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi Qurban bayramı günlərində də məşqlərinə fasilə verməyib.
İlk gün keçmiş “Neftçi-baza”da məşqlərə başlayan “Xəzər Lənkəran” sonrakı iki gündə İdman Akademiyasının təbii qazonunda gündə bir dəfə olmaqla hazırlığını davam etdirib.
“Xəzər Lənkəran” bu gün matçın keçiriləcəyi “Bayıl Arena”da hazırlığını davam etdirəcək. Milli komandaların toplanışında olan futbolçular bu gündən komandaya qoşularaq məşqlərdə iştirak edəcəklər. Heyətdə zədəli futbolçuların olmaması məşqçiləri sevindirir.
Xatırladaq ki, Zaqatala şəhər stadionu təmirdə olduğundan “Simurq” - ”Xəzər-Lənkəran” oyunu Bakıda, “Bayıl Arena”da keçiriləcək. Oyun oktyabrın 19-da, saat 17:00-da başlayacaq. (12-ci oyunçu)
