17 oktyabr 2013 10:30

Ruslan Niqmatullin: Himnin fitə basılmasına görə sanksiya tətbiq edilməlidir

Rusiya yığmasının keçmiş qapıçısı Ruslan Niqmatullin dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az Niqmatullinin sözlərini diqqətinizə çatdırır.
 
“Hamı bilir və başa düşür ki, keçmiş Sovet İttifaqı respublikalarının yığmaları Rusiya komandaları ilə oyunlara prinsipial və çox ciddi yanaşırlar. Düşünürəm ki, bizim oyunçular məhz belə münasibətlə üzləşəcəklərini gözləyirdilər. Ona görə də oyunqabağı bu qədər söz-söhbət vardı, mətbuat aranı qızışdırırdı və oyunçular atışırdılar.
 
Bizim ölkəmizdə “rəqibi özünəinama görə cəzalandırmaq” ifadəsi digər komandanı oynamağa məcbur etmək anlamı verir. Azərbaycanda isə görünür başqa anlam daşıyır. Ola bilsin ki, bu sözlərin təhrif olunmuş mənasını verir. Yaxud rus dilini elə də yaxşı bilməmək ucbatından irəli gəlir. Bakıda “cəzalandırmaq” sözünə elə reaksiya göstərildiyi kimi münasibət göstərdilər. Az qala millətlərarası qarşıdurma törədəcəkdilər. Futbolu siyasətə qatmaq yaxşı deyil. Himnin fitə basılmasına görə isə yəqin ki sanksiyalar tətbiq edilməlidir. Özü də biz hamımız bu himnin sədaları altında böyümüşük”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.