16 oktyabr 2013 14:58
Mahmud Qurbanov: Nəticə yaxşıdı, inkişaf isə hiss olunmur
Millimizin keçmiş futbolçusu, veteran futbolçu Mahmud Qurbanov azerisport.az saytına açıqlamasında Azərbaycan - Rusiya oyunu haqda danışıb:
"Rusiya ilə heç-heçə oynamaq yaxşı nəticədi. Amma oyun baxımından müsbət keyfiyyət görünmədi. Ruslar həm top saxlayırdı, həm hücum edirdi, həm səviyyə baxımından bizdən üstün idilər. Sanki 90 dəqiqə onların dalınca qaçırdıq. Kamran Ağayev yaxşı oynamaqla komandanı xilas etdi. Yığmanın oyununda güclü inkişaf hiss olunmur. Amma nəticə yaxşıdı. 2 oyuna 4 xal seçmə mərhələdə rekord nəticə göstərməyə kömək edir. Rusiya ilə oyunda 1 xalı əzmkarlıq və bəxt sayəsində qazandıq. Son dəqiqələrdə vurulan qollar çox vaxt bəxt sayəsində reallaşır”.
