16 oktyabr 2013 14:38
Böyükağa Hacıyev: Rusiya özünü əldən salmadı
Neftçinin keçmiş baş məşqçisi Böyükağa Hacıyev azerisport.az-a müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb.
“Azərbaycan yığmasının taktikası aydın deyildi. Foqts Maksim Medvedevdən “dayaqçı” yapmaq istəyirdi. Baxmayaraq ki, o heç vaxt bu mövqedə oynamayıb. Müdafiədə o daha da effektli olardı. Qara Qarayevə də şans vermək olardı.
İstənilən halda Rusiya ilə heç-heçə yaxşı nəticədi. Biz dünya çempionatına gedəck komandaya uduzmadıq. Əgər meydanda Rəşad Sadiqov olsaydı, milli daha inamlı çıxış edərdi.
Digər tərəfdən, etiraf etmək lazımdı ki, ruslar meydana sakit çıxdılar və özlərini çox yorub əldən salmadılar. Məni başqa şey maraqlandırır: Niyə komanda məhz son üç oyunda inamlı oyun göstərdi? Lap əvvəldən belə oynamaq olmazdı?".
