16 oktyabr 2013 14:28

"Səmədov Azərbaycanı təhqir etməyib"

Rusiya yığmasının keçmiş futbolçuları Aleksandr Panov və Andrey Kançelskis dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az müsahibəni diqqətinizə çatdırır.
 
90-cı dəqiqədə ürəyiniz qopmadı ki?
Panov: Yox. Belə qol buraxmağımız kədərləndirir. Qol vəziyyətlərimiz vardı, istifadə edə bilmədik. Demək olar ki, bir dəfə səhv etdik və qol buraxdıq. Əsası, tapşırığı yerinə yetirib çox vacib bu bir xalı qazandıq.
Kançelskis: Yox, heç bir belə bədbin fikir olmadı. Üç dəqiqə əlavə vaxt və say üstünlüyümüz qalmışdı. Rusiya daha yaxşı oynayırdı. Köhnə deyim işə düşdü: sən vurmasan, sənə vurarlar. Sona qədər müvazinətimizi saxlamalıyıq. Heç-heçə məyus etmədi, biz dünya çempionatındayıq. Futbolçularımıza əhsən, öz işlərini gördülər. Hər halda iki oyunu səfərdə keçirdik. Uçuş, iqlim dəyişikliyi. Bunları nəzərə almaq lazımdır. Yaddan çıxarmayın ki, Azərbaycan bu görüşə çox yaxşı köklənmişdi.
 
Bu oyundan hiss olunurdu ki, meydan sahiblərinə yüksək mükafat vəd edilmişdi?
Panov: Bilirsiniz, yad pulları saymağı, yad pul kisəsinə baxmağı sevmirəm. Nə qazanıblarsa, alacaqlar. Mənə dünya çempionatına baxıb məhz komandamıza – Rusiyaya azarkeşlik edəcəyim vacibdir.
Kançelskis: Görünürdü ki, azərbaycanlılar böyük istəklə oynayırlar. Ancaq bir təkbətək mübarizələri uduzmayıb qorxusuz toqquşmaya gedirdik. Başa düşürdük ki, ortada dünya çempionatı vəsiqə var. Köklənmə və fədalarlıqla bağlı komandamıza heç bir sualım yoxdur.
 
Azarkeşlərin Səmədova belə “qəbul” təşkil edəcəyini gözləyirdiniz?
Panov: Bu vəziyyət mənə aydın deyil. Bəlkə də Moskvadakı son hadisələr oda yağ töküb. Bilmirəm... Bütün bunlar çox pisdir və futbolu bəzəmir. Azarkeşləri mədəniyyətə dəvət edən azərbaycanlı futbolçuları da qeyd edərdim. Hər şey yaxşı bitdi.
Kançelskis: Mənə elə gəlir ki, Saşanı düz başa düşməyiblər. Bəlkə də mətbuat onun sözlərini düzgün qəbul etməyib. Əminəm, Səmədov Azərbaycanı təhqir etməyib. Meydan sahibləri nəticə çıxartmaqda tələsiblər. Hər halda məlumatları yoxlamaq lazımdır.
 
Öz “əhvalatı” ilə əlaqədar, istərdinizmi Səmədov ötürmə ilə yanaşı qol da vursun?
Kançelskis: O, çox iş gördü. Gözəl oyun keçirdi. Meydanda ən yaxşılardan idi. Şirokova möhtəşəm ötürmə etdi. Əhsən! Fitnə-fəsada uymadı. Bununla belə, düşünmürəm ki, bütün azərbaycanlı azarkeşlər ona qarşı pis köklənmişdilər.
Panov: Demək çətindir. Qol vurmadı, qorxusu yoxdur. Biz axı dünya çempionatına düşmüşük. Azarkeşlər inamla bilet sifariş edə bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.