16 oktyabr 2013 13:30
Rolan Qusev: Bilirdim ki, Rusiya yığmasının Azərbaycanla heç bir problemi olmamalıdır
Rusiya yığmasının keçmiş futbolçusu Rolan Qusev dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az Qusevin fikirlərini diqqətinizə çatdırır.
“Buraxılmış qol təəssüratımı korlamadı. Çünki əsası yekun nəticədi. Dünya çempionatının final mərhələsinə çıxmaq. Qalan şeylər ikinci dərəcəlidi. Bu görüş ərəfəsində heç nədən narahat deyildim. Bilirdim ki, Rusiya yığmasının Azərbaycanla heç bir problemi olmamalıdı. Əmin idim ki, hər şey alınacaq. Rusiya yığması rəqibindən bir baş güclüdü”.
