16 oktyabr 2013 12:35

Yuran: Azərbaycanlılara əhsən!

“Simurq"un keçmiş baş məşqçisi Sergey Yuran dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyununa qiymət verib. Azerisport.az Yuranın fikirlərini diqqətinizə çatdırır.
 
Elə də güclü olmayan rəqiblə heç-heçə ağır təəssürat yaratmadı ki?
Necə bəyəm, Azərbaycan məgər ən zəif komanda hesab edilir?  Bakıda alman mütəxəssisin rəhbərlik etdiyi mütəşəkkil təşkil edilmiş komandaya qarşı oynadıq. Biz məgər on qol vurmalı idik? Axı orada da insanlar futbol oynayır.
 
İndi komandaları zəif və güclüyə bölmək olmaz. Lüksemburqu və ya hər hansı Kipri asanlıqla udmaq olmaz. İndi hamı oynaya bilir. Biz səfərdə oynayırdıq və qarşımızda dünya çempionatına düşmək tapşırığı qoyulmuşdu. Bu tapşırığı futbolçular və məşqçi qərargahı yerinə yetirdi. Oyuna gəlincə, biz ona nəzarət edirdik. Hesabda irəli çıxdıq və Kerjakov təkbətək vəziyyətdə oyunu bitirə bilərdi.
 
Sonluq - bəli. Bizdə belə hal olub və təəssüf ki son oyunlarda. Kazanda Lüksemburqla. Yenə də son dəqiqədə heç-heçə. Düzəlişlər etmək lazımdı. Ancaq ümumilikdə uşaqlar istədilər, çalışdılar. Həmçinin, bizə qarşı mükafat vəd edilmiş, yüksək köklənmiş, azarkeşlərin dəstəyi olan rəqib oynayırdı. Bu əsassız amil deyil. Ümumilikdə məşqçi qərargahını, futbolçuları təbrik etmək lazımdır. Biz dünya çempionatındayıq. Çoxdan idi ki, olmurduq, birinci yerdən çıxdıq.
 
İkinci hissədə hesaba oynayan Rusiya yığması risk etmirdi ki?
İstənilən məşqçi deyər ki, hesaba oynamaq lazımdır. Oyuna nəzarət edirdik və 1:0 bizi qane edirdi. Buna görə də oyunçular oyunu saxlamağa çalışırdılar. Prinsipcə az vaxt qalmışdı. Hə, standart vəziyyətdən qol vurmağa imkan verdik. Bu futboldu, hər şey olur. Burda məzəmmət ediləsi nə var? Hamını asaq ki, Azərbaycanla 1:1 oynadıq?
 
Azərbaycan yığması qələbə təqdirində vəd edilmiş böyük mükafatlardan “yana” bilərdimi?
Niyə “yanmalıdırlar”? Düşünürəm ki, heç-heçəyə görə də mükafat olacaq. Əgər biz 5:0 udsaydıq, deyə bilərdik ki, onlar “yandılar”. Onlar oynadılar, çalışdılar. Onlar başa düşürdülər ki, Rusiya ilə açıq futbol çətin olacaq. Hardasa ikinci nəfəslə oynamağa çalışır, sürətli hücumlar keçirməyə cəhd edirdilər. Cənubda həmişə oyun intizamı ilə problemlər olub. Burada isə görünür ki, Foqts işləyir. Onlara oyun intizamı yeridilir. Onlar çalışıb bunu etdilər. Əhsən! Əhsən ki, on nəfərlə hesabı bərabərləşdirə bildilər. Azərbaycanlılar sevinirdilər, çünki Rusiya yığması ilə heç-heçəni qələbəyə bərabər tutmaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.