17 oktyabr 2013 00:21
Maksim Medvedev: Qırmızı vərəqə alacaq kobudluğa yol verməmişdim
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə oyunda qırmızı vərəqə almasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hesab edirəm ki, həmin epizodda qırmızı vərəqə verməmək də olardı. Biz hər ikimiz topa müdaxilə etməyə çalışırdıq. Düzdü, mənim ayağıma ona toxundu. Amma bu, rəqibə qarşı kobudluq yox, sadəcə, topa müdaxilə cəhdi idi. Yəni hakimin qırmızı vərəqə verməsinə səbəb olacaq dərəcədə kobudluğa yol verməmişdim”.