16 oktyabr 2013 12:14
200-ə qədər azarkeş Azərbaycan - Rusiya oyununa buraxılmayıb
200-ə qədər azarkeş Azərbaycan - Rusiya oyununu izləmək üçün “Bakcell Arenaya” buraxılmayıb. Azerisport.az xəbər verir ki, azarkeşlər bundan hiddətləniblər.
Oyunu izləmək üçün biletləri olmasına baxmayaraq azarkeşlər stadiona buraxılmayıb və bu hadisə azarkeşlərin qəzəbinə səbəb olub. Xatırladaq ki, oxşar halla dünən “Xəzər Lənkəranın” uelsli baş məşqçisi Con Toşak da üzləşmişdi.
Qeyd edək ki, dünənki oyunla əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülmüşdü.
