17 oktyabr 2013 00:15
Qəbələ Sankt-Peterburqa yola düşür
"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandası "Young Talents" ("Gənc İstedadlar") turnirində iştirak məqsədilə bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə yallanacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar" qonşu ölkəyə aşağıdakı futbolçu heyəti ilə gedəcək:
Əli Mustafayev, Yusif İmanov, Nazim Həsənzadə, Turxan Quluzadə, Elgiz Məmmədov, Tərlan İsgəndərov, Taleh Fərmanov, Əli Valehli, Mahir Həsənov, Həmid Vəliyev, Veysəl Rzayev, Bayraməli Qurbanov, Firudin Həşimov, Nihad Bağırov, Rauf Məhərrəmov.
20 komandanın iştirakı ilə baş tutacaq turnirdə "Qəbələ" C Qrupunda yer alacaq. Növbəti mərhələyə vəsiqə uğrunda təmsilçimiz "Young Talents" Komandası, "Rubin", "Baltika", "Dinamo" (hamısı Rusiya) kollektivləri ilə qarşılaşacaq.
Sizləri qrup mərhələsinin təqvimi ilə tanış edirik:
17 oktyabr
"Young Talents" Komandası - "Qəbələ"
"Qəbələ" - "Rubin"
18 oktyabr
"Dinamo" - "Qəbələ"
"Qəbələ" - "Baltika"
