16 oktyabr 2013 11:52
Səmədov Moskvaya qayıdandan sonra “normal azərbaycanlı” oldu
Azərbaycan yığması ilə oyundan sonra vətənə qayıtmış Rusiya yığması aeroportda braziliyalı rəqqasələrin əhatəsinə düşüb. Azerisport.az xəbər verir ki, futbolçuların əksəri qızlara heç bir reaksiya verməyib.
Aleksandr Səmədovu isə qızlar hər tərəfdən dövrəyə alıb karnaval keçiriblər. Səmədovun özü utanmağı-çəkinməyi bir tərəf atıb bir neçə hərəkətlə Fyodr Smolovdan ünvanına xoş sözlər qəbul edib: “Bax o, normal azərbaycanlıdı”.
