16 oktyabr 2013 11:46
“Elə təsəvvür yaranır ki, bizimkilər sonda dostcasına Azərbaycana heç-heçəni hədiyyə etdilər”
Moskva “Spartakının” keçmiş sahibi Andrey Çerviçenko Azərbaycan - Rusiya oyununun nəticəsi (1:1) barədə fikirlərini paylaşıb. Azerisport.az Çerviçenkonun sözlərini diqqətinizə çatdırır.
“Oyunun nəticəsi barədə çox qəribə təəssüratlarım var. Elə təsəvvür yaranır ki, bizimkilər sonda sadəcə dostcasına meydan sahiblərinə heç-heçəni hədiyyə etməyi qərara aldılar. Oyunun sonunda azərbaycanlılar qəribə təsəvvür yaratdılar. Komandaya heç-heçə gətirən qola belə sevinirsənsə, irəli get, ikinci qolu vur. Yoxsa qapının qarşısında oyunun sonuna qədər dayanma, irəli qaç, qələbəyə can at. Biz gördük ki sonda Azərbaycan yığması meydanın mərkəzini keçmədi”.
Azərbaycanlı azarkeşlər Səmədova obstruksiya etdilər. Meydan sahibləri hər hansı sanksiyaya layiqdirmi?
Onlarda bu gün bayramdır. Qoy sevinsinlər.
Medvedevin meydandan qovulması birmənalıdır?
Vərəqə təmiz idi. Ümumiyyətlə, məncə, Azərbaycan özünü çox da qonaqpərvər göstərmədi - Səmədəova dəfələrlə hücum çəkdilər, gövdəsinə, ayaqlarına vururdular. Medvedev isə... əgər Səmədovun öz millətinin nümayəndələri ilə yığmada oynamağa etiraz barəsində hər hansı sualları ola bilərsə, aydındır, ancaq şəxsən mən Medvedin hara soxulduğunu anlaya bilmirəm.
