16 oktyabr 2013 10:59

Vaqif Cavadov: Ruslar bizi tək ayaqla udacağını demişdilər

Azərbaycan yığmasının yarımmüdafiəçisi Vaqif Cavadov azerisport.az saytına müsahibəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Rusiya (1:1) oyunu ilə bağlı fikirlərini bildirib.
 
- Oyun haqda nə deyə bilərsiniz?
- Gözlənildiyi kimi çətin oyun alındı. Rusiya öz məqsədini güdürdü. Bizim isə öz tapşırığımız vardı. Düşünürəm ki, nəticə hər iki komanda üçün pis deyil.
 
- Son dəqiqələrdə qol vurduğunuzu nəzərə alsaq, yəqin ki, nəticə sizin üçün uğurludu...
- Hələ oyundan qabaq komanda yoldaşlarım qələbə haqda danışırdı. Biz doğrudan da qələbə qazanmaq istəyirdik. Ancaq qeyd etdiyim kimi, heç-heçə qanunauyğun nəticədi.
 
- Oyunqabağı ab-hava olmaz dərəcədə yüksək idi...
- Rusiya yığmasının bəzi oyunçuları və bu ölkədən olan mütəxəssislər haqqımızda pis fikirdə idi. Bütün bunlar oyunqabağı əhvalı qızışdırırdı. Bizi bir ayaqla udacaqlarını demişdilər. Ancaq bu, baş vermədi.
 
- Amma sizə də qələbə qazanmaq müyəssər olmadı...
- Qələbə qazanaq istəyirdik. Ancaq say azlığında qazanılmış bir xal da qiymətlidi. Biz futbol oynaya bildiyimizi göstərdik. Sevinirəm ki, bir xal qazandıq.
 
- Dörd il qabaq olduğu kimi yenə də Rusiya yığmasına qol vura bildiniz.
- Öz qoluma sevinirəm. Ancaq qolu ümumiyyətlə vurmaq lazım idi və bunu kimin etməsi ikinci dərəcəlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.