15 oktyabr 2013 16:34
Rusiyalı fanatlar Bakıda coşdular
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanmasına bir neçə saat qalmış Bakıda rusiyalı fanatlarla yerli azarkeşlər arasında toqquşma baş verib. Azerisport.az xəbər verir ki, çox güman alkoqol qəbul etmiş bir neçə azarkeş mütəşəkkil qurulmuş dəstə ilə küçə boyu keçərək Rusiya yığmasına həsr edilmiş şüarlar səsləndiriblər.
Yerli azarkeşlərin xoşuna gəlməyən bu hadisə müdaxiləyə səbəb olub. Toqquşma kütləvi iğtişaşa çevrilməyib.
