15 oktyabr 2013 16:20
"Azərbaycanlıların bəyanatları mənə hər hansı boks döyüşünü xatırladır"
Rusiya yığmasının keçmiş futbolçusu Dmitri Radçenko dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı oyunla bağlı fikirlərini bildirib. Azerisport.az Radçenkonun fikirlərini diqqətinizə çatdırır:
“Sözsüz ki, Bakıdakı oyun asan olmayacaq. Hamımız Azərbaycan yığmasının oyunçularının Rusiyanı məğlub edəcəkləri barədə vəd verən müsahibələrini oxumuşuq. Ancaq başa düşmək lazımdır ki, bunun üçün maksimum səy göstərmək lazım gələcək. Ümumiyyətlə isə azərbaycanlıların bütün bəyanatları mənə hər hansı boks döyüşünü xatırladır.
Ancaq komandalar fərqli çəki dərəcələrindədirlər. Bizm yığma bir baş güclüdür. Əgər rusiyalılar meydana tam əzmlə çıxsalar, onda ev sahiblərinə heç-heçəyə də nail olmaq çətin olacaq. Ortada dünya çempionatına vəsiqə var. Fabio Kapellonun yetirmələri qarşılaşmaya hazır olacaqlar və Azərbaycan yığmasının bizim komandanı məğlub etmək şansı olmayacaq”.
