15 oktyabr 2013 14:24
Tərlan Əhmədov: İrlandları asanlıqla məğlub etdiksə, niyə bunu Rusiya ilə təkrarlamayaq?
“Neftçinin” baş məşqçisi Tərlan Əhmədov Azərbaycan və Rusiya veteranlarının oyunu ilə bağlı fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Belə oyunlar həmişə lazımdır Veteranlar heç olmasa bəzən toplaşmalıdılar. Nəticə burada əsas deyil. Milinin oyununa gəlincə, biz Rusiyanı məğlub edə bilərik. Əgər irlandları asanlıqla məğlub etdiksə, niyə bunu Rusiya ilə təkrarlamayaq?”
