16 oktyabr 2013 01:42

Rəşad Sadıqov: Növbəti tsikldə daha çox xal toplayacağıq

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə ev oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:

“Matçın startında biz 5-10 dəqiqə öz futbolumuzu sərgiləyə bildik. Amma rəqib üstünlüyünü əldən vermədi. Biz belə erkən qol buraxacağımızı gözləmirdik. Ondan sonra rəqib topa nəzarəti əlində saxlamağa çalışdı. Fasilədə öz oyunumuzu bir daha müzakirə etdik və qərara aldıq ki, ev oyununda uduzmağa haqqımız yoxdu”.
 
Sadıqov etiraf edib ki, rəqib bu oyunda komandamızdan daha yaxşı təsir bağışlayıb: “Bizim oyunumuz sadəcə, getmirdi. Etiraf etmək lazımdı ki, buna əsas səbəb rəqibin bizə oynamağa imkan verməməsi idi. Rusiya hazırda çox güclüdü. Onların elə Portuqaliyanı qabaqlaması çox şeydən xəbər verir”.
 
Millinin kapitanı Cavadovun vurduğu qoldan da danışıb: “Biz qol vurmaq üçün standart vəziyyətləri gözləyirdik. Şadıq ki, məhz belə bir vəziyyətdən qol vurmağa nail olduq”.

Sadıqov oyundan sonra Rusiya yığmasında çıxış edən Azərbaycan əsilli futbolçu Aleksandr Səmədovla görüşüb söhbətləşməsinə də münüasibət bildirib: “Oyundan sonra o, özü mənə yaxınlaşdı. Mən onunla aqressiv danışmaq istəmirdim. Sadəcə, ondan soruşdum ki, niyə elə açıqlamalar vermisən. Mən ona başa saldım ki, “nakazat” bizdə tamamilə başqa mənada başa düşülür. Azərbaycanlı kimi, o da bu sözün mənasını başa düşməliydi. O, məni başa düşdü”.
 
Sonda yığmamızın lideri bunları dilə gətirdi: “Biz bu nəticə ilə Rusiya mətbuatına da cavab vermiş olduq. Bu tsikldə cəmi üç oyunda uduzduq. Baxmayaraq ki, həmin oyunlarda da əlimizdən gələni etmişdik. Fikrimcə, yığmamız bu tsikldə heç də pis oyun sərgiləmədi. Daha çox xal toplaya bilərdik. Məsələn, ən azı Lüksemburqu evdə yenməyə borclu idik. Mənə elə gəlir ki, növbəti tsikldə daha çox xal toplayacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.