16 oktyabr 2013 00:45

Fabio Kapello: Azərbaycan yığmasının bircə qol şansı oldu, ondan da yararlandı

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

- Rəqib komandanın qapıçısı çox möhtəşəm oynadı. Bizim çoxlu qol vəziyyətlərimiz vardı. Azərbaycanın isə bircə qol epizodu oldu, ondan da yararlandı.
 
- Azlıqda qalan rəqibdən qol buraxmaq arxayınlığa işarədi?
- Əlbəttə, bu, bizim gözlədiyimiz nəticə deyildi. Rəqibimizə hörmətlə yanaşırdıq. Dediyim kimi, rəqib qapımız qarşısında cəmi bircə qol epizodu yarada bildi. Hər halda bu, onlara qarşı necə ciddi hazırlaşdığımıza işarədi. Biz bu tsikldə əlavə vaxtda üçüncü dəfə qol buraxmış olduq. Buna görə futbolçularımıza narazılığımı bildirdim.
 
- Aleksandr Səmədovun əvəzlənməsi sırf oyunu ilə bağlı idi, yoxsa azarkeşlərin münasibəti ilə?
- Onun sarı vərəqəsi var idi. Buna görə də risk etmək istəmədik.
 
- Siz niyə bu oyuna daha yaxşı şəkildə nöqtə qoymaq əvəzinə topu özünüzdə saxlamaqla vaxt aparmağa çalışırdınız?
- Siz bunu son dəqiqələrə aid edirsiz?
 
- Elə oyunun gedişində də belə hallar diqqət çəkirdi...
- Mənə elə gəlir ki, sizinlə iki fərqli matça baxmışıq. Birincisi, nəzərə almaq lazımdı ki, biz 1:0 hesabıyla öndə idik. “Barselona” topu özündə saxlayanda hamının xoşuna gəlir. Biz bunu edəndə isə tənqid olunuruq. Son üç dəqiqəyə gəlincə, bu, sırf mənim göstərişim idi. Çünki riskə getmək istəmirdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.