16 oktyabr 2013 00:41
Aleksandr Səmədov: Bu hal xoşagələn deyildi
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Yaxşı oyun alındı. Maraqlı qarşılaşma idi. Heç-heçə etdik. Mənə azarkeşlər tərəfindən təzyiq var idi. Bu, xoşagələn hal deyildi. Düzünü deyim ki, belə münasibətlə üzləşəcəyimi gözləmirdim. Bu cür gözəl paytaxtınız var. Gözəl təəssüratlarım oldu. Atam burdandı. Amma özüm Moskvada doğulmuşam, böyümüşəm. Bunun indiki duruma heç bir aidiyyatı yox idi. Bir-birimizə qaranlıq qalan məqamları aydınlaşdırdıq. Əlimizi sıxıb, dostcasına ayrıldıq”.