16 oktyabr 2013 00:33
Rusiya ilə matçdan sonra Sadıqov Səmədovla görüşdü
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan – Rusiya matçından (1:1) sonra millimizin kapitanı Rəşad Sadıqov rəqib komandadakı həmkarı Aleksandr Səmədovla görüşüb. Azerisport.az xəbər verir ki, onlar bir neçə dəqiqə nədənsə söhbət ediblər.
Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı futbolçu millimizlə oyundan öncə komandamızla bağlı kəskin açıqlamalar vermişdi. Məhz bundan sonra Sadıqov da onunla meydandan kənarda danışacağını bildirmişdi.
