16 oktyabr 2013 00:23

Foqts: Rusiyaya mütləq qələbə lazım olsaydı, biz başqa taktika seçərdik

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Rusiya ilə oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:

- Komandamı təbrik edirəm. Çox çətin heç-heçəyə nail oldular. Həm də nəzərə almaq lazımdı ki, 15 dəqiqə azlıqda oynadıq. Amma buna baxmayaraq, bərabərlik qolunu vura bildik. Belə bir rəqibə qarşı oynamaq heç də asan deyildi. Mən son saniyələrə qədər komandamın hesabı bərabərləşdirəcəyinə inanırdım. Bu gün hiss olundu ki, futbolçularımız hələ dörd gündə ardıcıl iki oyuna çıxmağa alışmayıblar. Azarkeşlərin hər birinə təşəkkürümü bildirirəm ki, bu bayram günündə gəldilər, bizi əvvəldən axıra kimi dəstəklədilər. Rusiyaya dünya çempionatında uğurlar arzulayıram. Eyni zamanda da Almaniya yığmasına.
 
- Siz oyundan sonra futbolçularınızla çox ürəkdən qucaqlaşırdınız. Bu, vida idi, yoxsa təbrik?
- Gəlin oyundan danışaq.
 
- Siz Vladimir Levinin çıxışından razı qaldınız?
- Hər bir oyunçu səhv edə bilər.
 
- Hesab etmirsiz ki, qazandığımız 9 xaldan 5-ni Kamran Ağayevin sayəsində əldə etmişik?
- Futbol komanda oyunudu. Qapıçı da öz komandasını qoldan xilas etməyi bacarmalıdı. Bu, güləş ya da boks deyil.
 
- Əgər ruslara qələbə qazanmaq lazım olsaydı, siz başqa taktika seçərdiniz?
- Əlbəttə.
 
- Hesab etmirsiz ki, bu heç-heçə taktikanın yox, komanda ruhunun nəticəsində əldə olundu?
- Biz azlıqda qalandna sonra bəzi dəyişikliklər etdik. Bu da oyunun gedişatını dəyişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.