16 oktyabr 2013 00:05
Berti Foqts: Mən heç-heçəyə sonadək inanırdım
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları söyləyib:
“Komandamı təbrik edirəm. Çox çətin heç-heçəyə nail oldular. Həm də nəzərə almaq lazımdı ki, 15 dəqiqə azlıqda oynadıq. Amma buna baxmayaraq, bərabərlik qolunu vura bildik. Belə bir rəqibə qarşı oynamaq heç də asan deyildi. Mən son saniyələrə qədər komandamın hesabı bərabərləşdirəcəyinə inanırdım. Bu gün hiss olundu ki, futbolçularımız hələ dörd gündə ardıcıl iki oyuna çıxmağa alışmayıblar”.