27 iyun 2013 16:01
Qarabağ Makedoniyaya nə vaxt gedəcək?
“Qarabağ”ın Makedoniyaya gedəcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, hazırda Türkiyənin Qızılcahamam qəsəbəsində təlim-məşq toplanışında olan Ağdam klubu iyulun 1-də Skopyeyə yollanacaq.
Bir gün sonra “Filip II” stadionunda “Metallurg”la Avropa Liqasının oyununa çıxacaq “Qarabağ” oyundan sonra Bakıya dönüb cavab matçının hazırlıqlarına başlayacaq.
