16 aprel 2016 00:00

4 boksçumuz finala və Rio Olimpiadasına vəsiqə qazandı

Türkiyənin Samsun şəhərində təşkil olunan boks üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, çıxışlarını davam etdirən 5 boksçumuz ötən gün yarımfinal görüşünə çıxıb.

Qadın boksçular arasındakı yarışda 60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyevna yarımfinalda irlandiyalı təcrübəli boksçu, Avropa Oyunlarının yarımfinalında üz-üzə gəldiyi, Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylorla qarşılaşıb. Millimizin üzvü qələbə qazanaraq, həm finala yüksəlib, həm də Rio Olimpiya Oyunlarına lisenziya əldə edib.

Kişi boksçuların 56 kq çəki dərəcəsində yarışan dünya çempionumuz Cavid Çələbiyev ermənistanlı boksçu Aram Avaqyanla üz-üzə gəlib. Cavid rəqibi üzərində inamlı qələbə qazanmaqla finala və Olimpiadaya vəsiqəni təmin edib.

64 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan Lorenso Sotomayor türkiyəli boksçu Batuhan Gözgeçlə münasibətləri aydınlaşdırıb. Sotomayor da Alekseyevna və Çələbiyevin uğurunu təkrarlamağa nail olub.

91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Avropa oyunlarının qalibi Abdulqadir Abdullayev yarımfinalda böyük britaniyalı Laurens Okolye ilə döyüşüb. Təəssüf ki, Abdullayev bu görüşdə məğlubiyyətlə üzləşib.

Ən ağır çəkidə (+91 kq) mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə final yolunda yerli idmançı Ərən Əli Dəmirəzənlə mübarizə aparıb. Məcidov da rəqibii məğlub edərək həm finala yüksəlib, həm də Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, boksçularımızın lisenziya sayı 7-yə yüksəlib.

Qeyd edək ki, final görüşləri bu gün - aprelin 16-da keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.