13 aprel 2016 15:20

Daha üç boksçumuz növbəti mərhələdə!

Rio Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Samsun turniri davam edir. Azerisport.az xəbər verir ki, artıq yarışların 4-cü günündən sonra növbəti mərhələyə adlayan daha 3 boksçumuz müəyyənləşib.

Belə ki, 56 kq çəki dərəcəsndə döyüşən dünya çempionumuz Cavid Çələbiyev moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib.

Rinqə çıxan digər boksçumuz 81 kq çəki dərəcəsində mübarizə aparan, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov olub. Gürcü əsilli rusiyalı boksçu Giorgi Kuşitaşvili ilə qarşılaşan Məmmədov qalib gəlib.

91 kq-da döyüşən Abdulkadir Abdullayev isə litvalı boksçu Tadas Tamasauskasla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, bu gün - turnirin 5-ci günündə 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşır.

Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla döyüşəcək. 64 kq çəkili kişilərin yarışında Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə üz-üzə gəlir.

Yarımfinal uğrunda 81 kq-da Teymur Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da Abdulkadir Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə uğrunda italiyalı boksçu Quido Vianello ilə döyüşəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.