8 aprel 2016 16:40

Boksçularımız Samsuna yola düşdülər

2016-cı il Rio de Janeyro yay olimpiya oyunlarına lisenziya qazanmağa çalışan boksçularımız dünyanın bir nömrəli yarışına vəsiqələr uğrunda mübarizə aparmaq üçün Türkiyəyə yollanıblar. Azerisport.az xəbər verir ki, avropalı boksçular aprelin 9-dan 17-dək Türkiyənin Samsun şəhərində olimpiya oyunlarına lisenziya uğrunda vuruşacaqlar.

Həm kişi, həm qadınlardan ibarət komandamız da bu məsul yarışda iştirak etmək üçün qardaş ölkəyə yollanıblar. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında kişi boksçulardan ibarət komandamız bu heyətlə yollanıblar: Rüfət Hüseynov, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov.

Aleksandr Denisovun rəhbərliyi altında qadınlardan ibarət milli komandamız isə Türkiyəyə Anaxanım Ağayeva, Yana Alekseyevna və Yelena Vstropova ilə yollanıb.

Qeyd edək ki, Qatarda keçirilən son dünya çempionatında dünya çempionumuz Elvin Məmişzadə, gümüş medalçı Albert Səlimov və bürünc mükafatçımız Pərviz Bağırov Rio Yay Olimpiya oyunlarına lisenziya qazanıblar.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.