3 mart 2016 19:45

Baku Fires - Astana Arlans görüşü öncəsi baş məşqçilər danışdı

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu fevralın 4-də növbəti görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi liqanın iddialı klublarından olan “Astana Arlans” olacaq.

Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. 

Qonaqların baş məşqçisi Nurlan Akurpekov Özbəkistanda uduzmalarına baxmayaraq, Bakıya iddialı gəldiklərini deyib: ”Bundan əvvəlki turda səfərdə “Uzbek Tigers”ə 1:4 hesabı ilə uduzduq. Özbəkistanda son illərdə boks yetərincə inkişaf edib. Bizdə isə əsas heyətin bir çox üzvləri Olimpiya oyunlarına hazırlaşırlar. Amma Bakıya gələn boksçularımız da yetərincə təcrübəlidirlər. Çalışacağıq ki, burdan uğurlu nəticə ilə ayrılaq. “Astana Arlans” iki dəfə liqanın qalibi olub. Bu möbsüm də iddialıyıq”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov Qazaxıstan klubunun WSB-də ən güclülərdən olduğunu vurğulayıb: “Astana Arlans” artıq bir neçə ildir ki, bizim əsas rəqiblərimizdəndir. “Baku Fires”in heyətində də təcrübəli boksçular var. Komandamıza  inanıram. Boks həvəskarlarını arenaya dəvət edirik, onların dəstəyinə də böyük ehtiyacımız olacaq”. Talibov martda Bakıda keçiriləcək “Böyük İpək Yolu” yarışı ilə də bağlı fikirlərini bildirib: “İstəyirdik ki, bu turnirdə bir neçə boksçumuz gücünü sınasın.  Ancaq federasiyadan dedilər ki, Azərbaycanı yalnız bir heyət təmsil edəcək. Niyə belə olduğunu bilmirəm. Bu suala millinin məşqçiləri daha yaxşı cavab verə bilərlər". 

69 kq çəki dərəcəsində rinqə çıxacaq Tamerlan Abdullayev də sabahkı döyüşlə bağlı fikirlərini bildirib: “Təlim-məşq toplanışlarının hər birində iştirak etmişəm. Hazırda yaxşı formadayam. AİBA Pro Boxing turnirində 6 raund döyüşürdüm. İndi 5 raund mübarizə aparacam. İnanıram ki, sabah qalib gələ biləcəyəm”. 

Xastırladaq ki, “Baku Fires" – “Astana Arlans” görüşü  martın 4-də, saat 19:00-da Boks Mərkəzində start götürəcək. 

Komandaların heyətləri: 
52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev
60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin 
69 kq. Tamerlan Abdullayev – Aslanbek Şımberqenov
81 kq. Mixail Dolqolivets – Nurdaulet Jarmanov
+91 kq. Arslanbek Mahmudov – Nurlan Bekzatov  

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.