24 fevral 2016 17:45

Baku Firesin baş direktoru Old Traffordda

İngiltərənin Mançester şəhərində məhşur “Old Trafford” stadionunda AİBA komissiyalarının toplantısı keçirilir. Azerisport.az xəbər verir ki, beynəlxalq federasiyanın 8 komissiyasını (AİBA Pro Boxing, idmançılar və gənclər, məşqçilər, tibb, hakimlər, qadın boksu, WSB, texniki kommisiya) təmsil edən 100-dən çox üzvü bir sıra məsələləri müzakirə edir.

Tədbir iştirakçılarını salamlayan AİBA prezidenti Çinq Ko Vu 2016-cı ilin boks ailəsi üçün əlamətdar olduğunu bildirib: “Bu il AİBA-nın yaranmasının 70 illiyi tamam olur. Biz yubiley ilində boksun bütün sahələrində ciddi uğurlar qazanmalıyıq”.

Toplantıda WSB liqası, AİBA Pro Boxing turnirləri ilə bağlı bir sıra vacib məsələlərin müzakirə olunması gözlınilir. AİBA Beynəlxalq Olimpiya Komitəsindən (BOK) Rio-2016-da boksçuların baş geyimi ilə iştirak edib-etməyəcəyi ilə bağlı cavab gözləyir. Bundan başqa boksçuların böyüklər arasında yarışlarda indiki kimi 19 deyil, 18 yaşdan iştirak etməsi də müzakirə olunur.

Qeyd edək ki, Mançesterdə ölkəmizi “Baku Fires” klubunun baş direktoru, AİBA WSB kommisiyasının üzvü Rizvan Gənciyev təmsil edir.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.