17 fevral 2016 14:00

Baku Fires - Puerto Riko Hurricanes: heyətlər məlumdur

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu 3-cü görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız fevralın 19-da saat 19:00-da Boks Mərkəzində “Puerto Riko Hurricanes” klubu ilə qarşılaşacaq.

Puerto Riko klubu qrupda sonuncu yeri tutur. “Baku Fires” isə D qrupunda 2-ci pillədədir. Puerto Riko komandasının ötən tur “Astana Arlans”la görüşü təxirə salınıb.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Puerto Rico Hurricanes 
49 kq. Rəsul Saliyev– Antoni Ortiz 
56  kq. Yaraş Məhəmmədov– Edqardo Rolon 
64 kq. Heybətulla Hacıəliyev– Jan Rivera 
75 kq. Nikolay Veselov– Kristian Mbilli 
91 kq. Abdulqadir Abdullayev– Roman Fress 

Bu dəfə komandamızın heyətində son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev rinqə çıxacaq. Qeyd edək ki, boksçumuz milli komandamızın düşərgəsində təlim-məşq toplanışında iştirak edirdi. Abdullayev rəqib komandanın almaniyalı legioneri Roman Fresslə üz-üzə gələcək. Fress 2009-cu ildə yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olub. O, ötən il Bolqarıstanda keçirilən qitə çempionatında 6-cı yeri tuttub.

İlk turda Karaqanda şəhərində qazaxıstanlı boksçunu məğlub edən Hacıəliyev bu dəfə Jan Rivera ilə qarşılaşacaq. 21 yaşlı Rivera WSB lliqasında debüt edəcək. Bu görüşdə həmyerlimizi favorit saymaq olar. 

Veselovla üz-üzə gələcək Mbilli də rəqib komandanın güclü boksçularındandır. Mbilli Fransa milli komandasının heyətində ötən il Avropa oyunlarında Xaybulla Musalova uduzub. Bu cari mövsümdə Veselovun ilk döyüşü olacaq. 

56 kq çəki dərəcəsində çıxış edən Yaraş Məhəmmədov 1-ci turda “Astana Arlans”ın üzvü Merbolat Toitova uduzsa da, məşqçilər yenə bu boksçuya etimad göstəriblər. 

Turnir cədvəli 
1. Uzbek Tigers – 4 xal (2 görüş, qələbə sayı 7-3) 
2. Baku Fires – 3 xal  (2, 4-6) 
3. Astana Arlans– 3 xal (1, 4-1) 
4. Puerto Rico Hurricanes – 0 (1, 0-5).    

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.