9 fevral 2016 17:20

Məsud Yusifzadə Minskdə çempion oldu

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Leventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız yarışda 3 boksçu ilə təmsil olunub.

52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə moldovalı Aleksandr Rıskan və türkmənistanlı Bayramxan Permanovu məğlub edərək, finala vəsiqə qazanıb.

Həmyerlimiz həlledici görüşdə Tunis təmsilçisi Montassan Əl Banalidən üstün olaraq, yarışın baş mükafatına layiq görülüb.

Bu dəfə fərqli çəkidə (64 kq) mübarizə aparan Elvin İsayev ilk mərhələdə moldovalı Vladislav Çuqui üzərində qələbə qazansa da, ikinci görüşdə qazaxıstanlı Ayan Kolibekova uduzub.

Cavid Quliyev isə (69 kq) ilk qarşılaşmada rusiyalı Hacımurat Mikailova məğlub olaraq, yarışdan kənarda qalıb.

Qeyd edək ki, turnirdə ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edib.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.