7 fevral 2016 00:40

Fariz Məmmədov dünya çempionudur!

Ötən gün Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib. Azerisport.az xəbər verir ki, boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb.

İdmançılar yarımorta çəki dərəcəsində (66,7 kq) dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 12 raund davam etməli olan döyüş Məmmədovun peşəkar rinqdə 22-ci qarşılaşması olub. Bunadək keçirdiyi 21 döyüşdə 18 dəfə qələbə qazanıb, 12-ni vaxtından əvvəl başa çatdıran boksçumuzun qarşısında afrikalı idmançı da tab gətirməyib. İlk raunddan üstün boks nümayiş etdirən Məmmədov yalnız ilk 6 hissədə müqavimətə rast gəlib. 7-ci raundda təzyiqi artıran idmançımız Lusambianı noqdauna salıb. Mübarizəni davam etdirən afrikalı 8-ci raundda da növbəti noqdaundan ayağa qalxıb. Az keçməmiş Fariz növbəti dəfə rəqibinə ağır zərbə endirib. Bu dəfə uqandalı mübarizəni davam etdirmək üçün özündə güc tapa bilməyib.

Beləliklə, qarşılaşmanı 8-ci raunddakı qələbə ilə başa vuran Məmmədov WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.

Döyüş başa çatandan sonra dünya çempionumuz qarşılaşma haqda təəssüratlarını açıqlayıb. Çempionluq kəməri qazandığı rinqdə çıxış edən Məmmədov tribunalara toplaşan azarkeşlərə və ona dəstək olanlara təşəkkürlərini çatdırıb: “15 ildir dünya çempionu olmaq arzusundaydım. Buna nail oldum. Qazandığım uğurda çox insanın zəhməti var. 6 aydır birlikdə çalışdığım məşqçi heyətinə, Ukraynadan, Rusiyadan mənə dəstək olmağa gələnlərə, bütün komandamıza, sizlərə təşəkkür edirəm. Bu 15 illik dünya çempionu həsrətini hər gün yaşayırdım. Bu arzuma çatmağımda “Qəbələ” İdman Klubunun rolu oldu. Klubuma təşəkkür edirəm. Söz verirəm ki, “Qəbələ” klubuna olan sevgimi bütün varlığımla qoruyacağam”. (klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.