7 fevral 2016 00:30

Qəbələnin boksçuları iranlı rəqiblərindən üstün oldular

Bu gün Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçuları ilə İran təmsilçiləri arasında yoxlama görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda keçirilən döyüşdən öncə baş tutan dueldə iki ölkənin həvəskar boksçuları 4 çəki dərəcəsində qüvvələrini sınayıb.

Klubun 67 kq çəki dərəcəsində təmsilçisi Farşid Rüstəmi Məhəmməd Sani ilə üz-üzə gəlib. İdmançımız qonağı rinqdən məğlub yola salıb. 75 kq çəki dərəcəsində çıxış edən Elvin Qəmbərov da iranlı rəqibindən güclü olub. O, Aemi Baxşızadəyə qalib gəlib. 91 kq çəki dərəcəsində Rahil Məhəmmədli Riza Muradxaniylə qarşılaşıb. Bu görüş iranlıların yeganə qələbəsi ilə başa çatıb. Sonuncu 4-cü döyüşdə isə +91 kq çəki dərəcəsindəki təmsilçimiz Asəf Aslanlı Yusif Məhəmmədidən üstün olub.

Beləliklə, “Qəbələ”nin boksçuları İran təmsilçiləri ilə 4 qarşılaşmadan 3-də qalib gəlib, 1-də uduzub. (klub saytı)

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.