4 fevral 2016 16:00

Baku Fires - Uzbek Tigers: çəki mərasimi və mətbuat konfransı keçirildi

Ümumdünya Boks Seriyasında mübarizə aparan “Baku Fires” klubu cümə günü yeni mövsümdə ikinci görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi “Uzbek Tigers” olacaq. Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.

Döyüşün supervayzeri Patt Fiakko ötən il Avropa Oyunlarında Bakıda olduğunu xatırladaraq, yenidən şəhərimizə gəlməkdən məmnunluğunu ifadə edib.

Qonaqların baş məşqçisi Rovşan Xocayev Özbəkistanın WSB-yə yeni qoşulduğunu deyərək, debüt mövsümündə güclü rəqiblərlə üz –üzə gələcəklərini bildirib: “D qrupunda “Baku Fires” və “Astana Arlans” kimi güclü rəqiblər var. Əminəm ki, ən maraqlı  və gərgin görüşlər məhz bizim qrupda olacaq”. Xocayev ilk turda səfərdə Puerto Riko komandasını 5:0 hesabı ilə məğlub etmələrinin təsadüfi olmadığını vurğulayıb: “Biz çempionata yaxşı hazırlaşmışıq.  Kubada bu ölkənin boksçuları ilə təlim-məşq toplanışımız oldu. Ümid edirəm ki, Baku Fires-lə qarşılaşmada əksər çəkilərdə məhz biz qalib gələcəyik”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov Özbəkistanda böyük boks ənənələri olduğunu qeyd edib. O, “Uzbek Tigers”-in debütant olmasına baxmayaraq, D qrupunda ən güclüllərdən sayıldığını deyib: “İlk görüşdə səfərdə “Astana Arlans”-a 1:4 hesabı ilə uduzduq. Hesab edirəm ki, Karaqandada  91 kq çəki dərəcəsində mübarizə aparan Hacı Murtuzəliyev rəqibinə məğlub olmamışdı. Ümumilikdə isə etiraf etmək lazımdır ki, “Astana Arlans” son çempiondur və liqanın ən güclü klublarındandır”.

Talibov adı iştirak ərizəsinə salınan Albert Səlimov və Abdulqadir Abdullayevin bu mövsümdə rinqə çıxıb-şıxmayacağı məsələsinə də toxunub. O, hər iki boksçunun milli komandanın düşərgəsində Macarıstanda beynəlxalq turnirdə olduqlarını xatırladıb. “Baku Fires”in baş məşqçisi Abdullayevin çox güman ki, Puerto Riko təmsilçisi ilə döyüşdə rinqdə olacağını deyib.

Qeyd edək ki, komandamızın düşərgəsində hazırda yeni boksçu var. Super ağır çəki dərəcəsində çıxış edən ukraynalı Vladislav Sirenkonun 20 yaşı var. Hələ ki, onunla müqavilə imzalanmayıb.

Xastırladaq ki, “Baku Fires – “Uzbek Tigers“ görüşü fevralın 5-də, saat 19-da Boks Mərkəzində start götürəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.