2 fevral 2016 15:20

Azərbaycan Macarıstanda 7 boksçu ilə təmsil olunacaq

Fevralın 3-də Macarıstanın Debretsen şəhərində ilin ilk mötəbər boks turnirinə start veriləcək. Azerisport.az xəbər verir ki, əsası 1956-cı ildə qoyulan Boskai memorialında 29 ölkənin 168 dəri əlcək ustası mübarizə aparacaq.

Yarışda iki dünya, 7 Avropa çempionları, həmçinin Avropa Oyunlarının 6 qalibi çıxış edəcək. Azərbaycan milli komandası Pedro Roqe və Lazaro Ximenes Martinesin rəhbərliyi altında yarışda 7 boksçu ilə təmsil olunacaq. Qeyd edək ki, millimiz Macarıstan turnirinə yetərincə güclü heyətlə yollanıb. Dünya çempionu, Avropa Oyunlarının qalibi, ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vurmuş Albert Səlimov yarışın ən titullu idmançılarındandır. Avropa oyunlarının qalibi, iki dəfə dünya çempionatlarının mükafatçısı olmuş Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev kimi tanınan boksçularımız da Debretsendə rinqə çıxacaqlar.

Milli komandamızın heyəti

49 kq: Rüfət Hüseynov
56 kq: Tayfur Əliyev
60 kq: Albert Səlimov
64 kq: Lorenzo Sotomayor
75 kq: Kamran Şahsuvarlı
81 kq: Teymur Məmmədov
91 kq: Abdulqadir Abdullayev

Ölkəmizi hakim kimi yarışda Ceyhun Qədirli təmsil edəcək.

Qeyd edək ki, Macarıstan millisi bu yarışa Kubada yerli komanda ilə birgə hazırlaşıb.
Ötən il Boskai turnirində millimizin iki üzvü - Məsud Yusifzadə və Xaybulla Musalov 1-ci yerə layiq görülmüşdülər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.