23 yanvar 2016 19:20

Baku Fires məğlubiyyətlə başladı

“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) altıncı mövsümünə start verib. Azerisport.az xəbər verir ki, komandamız Qazaxıstanın Karaqanda şəhərində yarışın son qalibi “Astana Arlans” klubu ilə qarşılaşıb.

Görüş yerli komandanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. ”Baku Fires”in heyətində yalnız 64 kq çəki dərəcəsində çıxış edən Heybətulla Hacıəliyev qalib gəlib.

Döyüşlərin nəticələri:

Astana Arlans - Baku Fires
49 kq. Temirtas Jusupov –Cavid Dadaşov 3:0 (50:45, 50:45, 50:45).
56 kq. Meirbolat Toitov – Yaraş Məhəmmədov 3:0 (49:44, 50:43, 49:44).
64 kq. Asxat Ualixanov – Heybətulla Hacıəliyev 0:3 (47:48, 46:49, 47:48).
75 kq. Meyirim Nursultanov – Badri Xardziani 3:0 (49:46, 50:45, 50:44).
91 kq. Erkin Muxamedjan – Hacı Murtuzəliyev 2:1 (47:48, 49:46, 48:47).

D qrupunun digər oyununda “Puerto Rico Hurricanes” “Uzbek Tigers” klubunu qəbul edəcək.

Xatırladaq ki, “Baku Fires” növbəti görüşünü fevralın 5-də Bakıda Özbəkistan komandasına qarşı keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.