17 yanvar 2016 12:00

Baku Fires yeni mövsümün ilk duelinə hazırlığı davam etdirir

Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən "Baku Fires" VI mövsümə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandamız ABF-nin Boks Mərkəzində gündə iki dəfə məşq edir.

Baş məşqçi Nuripaşa Talibov yeni çempionatda iştirak edəcək heyəti açıqlayıb. Hələlik, iştirak ərizəsinə 23 boksçunun adı daxil edilib. Onların arasında Rio Olimpiadasına vəsiqə qazanan Albert Səlimovla Pərviz Bağırov da var. Bu boksçular yalnız ehtiyac yaranarsa, rinqə çıxacaqlar. Son dünya çempionatının bürünc mükafatçısı Abdulqadir Abdullayev milli komandamızın düşərgəsində lisenziya yarışlarına hazırlaşsa da, onun da adı heyətə salınıb. Komandamızın liderləri Heybətulla Hacəliyev (64 kq), Nikolay Veselov (75 kq),Soltan Migitinov (81 kq) və Arslanbek Mahmudov (+91 kq) bu mövsümdə də WSB liqasında çıxış edəcəklər.

Komandamız yeni mövsümdə ilk görüşünü yanvarın 23-də Karaqanda şəhərində yerli "Astana Arlans"a qarşı keçirəcək. "Baku Fires" fevralın 5-də Bakıda Özbəkistan komandasını qəbul edəcək.

49 kq: Cavid Dadaşov, Rasul Saliyev.
52 kq: Məhəmməd İbiyev,Murad Rabadanov.
56 kq: Məhəmməd Qurbanov, Yaraş Məhəmmədov.
60 kq: Albert Səlimov, Nəsrəddin Məmmədov, Hasan Arsunkayev.
64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev.
69 kq: Pərviz Bağırov, Tamerlan Abdullayev, Yevgeni Ramaşkeviç.
75 kq: Nikolay Veselov, Zaurbek İbraimov, Badri Xardziani.
81 kq: Soltan Migitinov, Jaba Xositaşvili, Mixail Dolqolivets.
91 kq: Abdulqadir Abdullayev, Hacı Murtuzəliyev.
+91 kq: Arslanbek Mahmudov.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.