30 dekabr 2015 18:30

Boks üzrə ölkə çempionatı başa çatdı

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, beş gün davam edən yarışdan sonra 10 çəki dərəcəsində qalib və mükafatçılar məlum olub.

Finalda da bir sıra gözlənilməz nəticələr qeydə alınıb. 81 kq çəki dərəcəsində "Baku Fires" klubunun üzvü Soltan Migitinov qələbəyə namizədlərdən sayılsa da, London Olimpiadasının iştirakçısı Orxan Mayıllıya uduzub.

56 kq çəki dərəcəsində "Gilan" ın üzvü Tural Əhmədovun Ümid Rüstəmova yenilməyi də gözlənilməz nəticələrdəndir.

2011-ci ilin Avropa çempionu Salman Əlizadə uğursuzluq zolağından çıxa bilmir. O, bu dəfə finalda Araz İmaməliyevə məğlub olub.

Ümumkomanda hesabında "Gilan" 1-ci, "Rabitə" 2-ci, "Baku Fires" klubu isə 3-cü yeri tutub.

Xatırladaq ki, ölkə çempionatında millimizin 1-ci nömrələri çıxış etməyib.

Azərbaycan çempionları:
49 kq: Araz İmaməliyev
52 kq: Məsud Yusifzadə
56 kq: Ümid Rüstəmov
60 kq: Elməddin İsmayılov
64 kq: İman Əhmədli
69 kq: Elnur Süleymanov
75 kq: Nikolay Veselov
81 kq: Orxan Mayıllı
91 kq: Rahil Məmmədli
+91 kq: Kamran Mehdiyev

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.