30 dekabr 2015 00:35

Boks üzrə ölkə çempionatının finalçıları müəyyənləşdi

Boks üzrə Azərbaycan çempionatında finalçılar məlum olub. Azerisport.az xəbər verir ki, 49 kq çəki dərəcəsinin iki əsas favoriti - Salman Əlizadə və Araz İmaməliyev yarımfinalda qalib gəliblər. Bu gün finalda "Gilan" klubunu təmsil edən iki boksçu qarşılaşacaq.

52 kq-da Kamran Məlikov "Baku Fires" klubunun üzvü Məhəmmed İbiyevi məğlub edib. Onun finalda rəqibi Məsud Yusifzadə olacaq.

56 kq-da favoritlərdən hesab olunan Tural Əhmədov Yaraş Maqomedov (Baku Fires) üzərində qələbə qazanıb.

2009-cu il dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) Fərid Ağamoğlanovu üstələyərək, finala yüksəlib.

Yarışın əsas gözlənilməz nəticələrindən biri 64 kq çəki dərəcəsində qeydə alınıb. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev İman Əhmədliyə uduzub.

Tamerlan Abdullayevin də (69 kq) finala vəsiqə qazanmaması sensasiya sayılmalıdır. Təcrübəli boksçu Pərviz Hüseynova məğlub olub - 1:2.

75 kq çəki dərəcəsində "Baku Fires" klubunun iki üzvü - Nikolay Veselov və Zaurbek İbrahimov finala yüksəlib.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov (Baku Fires) yarımfinalda Aleksandr Brindini texniki nokautla məğlub edib.

1/4 finalda Hacı Murtuzəliyevi məğlub edən Heydər Heydərov (91 kq) yarımfinalda da qalib gəlib. O, həlledici görüşdə Rahib Məmmədli ilə üz-üzə gələcək.

Super ağır çəki dərəcəsində Arslanbek Mahmudovla Asəf Aslanlının döyüşü mubahisə doğurub. Sonda hakimlər 2:1 hesabı ilə üstünlüyü Aslanlıya veriblər. Bu da ölkə çempionatının gözlənilməz nəticələrindəndir.

Beləliklə, ölkə çempionatının finalında qarşılaşacaq bokscular aşağıdakılardır:

49 kq. Salman Əlizadə - Araz İmaməliyev
52 kq. Məsud Yusifzadə - Kamran Məlikov
56 kq. Tural Əhmədov - Umud Rüstəmov
60 kq. İlkin Ağayev - Elməddin İsmayılov
64 kq. Xəzər Əliyev - İman Əhmədli
69 kq. Pərviz Hüseynov - Elnur Süleymanov
75 kq. Zaurbek İbrahimov - Nikolay Veselov
81 kq. Soltan Migitinov - Orxan Mayıllı
91 kq. Rahil Məmmədli - Heydər Heydərov
+91 kq. Asəf Aslanlı - Kamran Mehdiyev

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.