29 dekabr 2015 00:25

Boks üzrə ölkə çempionatında yarımfinalçılar müəyyənləşdi

Boks üzrə böyüklər arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən "Baku Fires" klubunun üzvü Məhəmməd İbiyev Sərxan Babayev üzərində qələbə qazanıb. O, yarımfinalda Kamran Məlikovla qarşılaşacaq. Bu çəki dərəcəsində milli komandanın 2-ci nömrəsi Məsud Yusifzadə gərgin mubarizədə Rəsul Saliyevi məğlub edib.

56 kq-da "Baku Fires" klubunun iki üzvü - Yaraş Məhəmmədov və Murad Rabadanov 1/4 finalda üz-üzə gəliblər. Məhəmmədov qalib gələrək, yarımfinalda Tural Əhmədovun (Gilan) rəqibi olub.

"Gilan"ın digər üzvü Xəzər Əliyev (64 kq) 1/4 finalda Fəxri Sadiqzadəni mübarizədən kənarlaşdırıb. Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də yarımfinala yüksəlib. O, Gündüz Hüseynovdan güclü olub. Hacəliyev yarımfinalda İman Əhmədli ilə görüşəcək.

69 kq-da qələbəyə namizədlərdən Tamerlan Abdullayev gərgin mübarizədə Saqi Salehlini üstələyib. Onun növbəti rəqibi Pərviz Hüseynov olacaq.

75 kq çəki dərəcəsində çıxış edən 18 yaşlı Zaurbek İbrahimov (Baku Fires) Tural Əmirov üzərində qələbə qazanıb. İbrahimov yarımfinalda təcrübəli Yolçu Zeynalovla üz-üzə gələcək. Bu çəkidə "Baku Fires"in digər üzvü Nikolay Veselov da yarımfinalda mübarizə aparacaq.

Yarışda əsas sensasiyalardan biri 81 kq-da qeydə alınıb. Vaxtilə millimizin 1-ci nömrəsi olmuş Rauf Rəhimov gözlənilmədən Orxan Mayıllıya uduzub. Yığmamızın digər üzvü, London Olimpiadasının iştirakçısı Soltan Migitinov isə 1/4 finalda qələbə qazanıb.

91 kq-da təcrübəli Hacı Murtuzəliyev Heydər Heydərovla döyüşdə favorit sayılsa da, gənc rəqibinə uduzub.

Super ağır çəki dərəcəsində "Baku Fires"in üzvü Arslanbek Mahmudov Məhəmmədəli Tahirovu texniki nokautla məğlub edib.

Ölkə çempionatına dekabrın 30-da yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.