26 dekabr 2015 13:00

Boks üzrə ölkə çempionatının ilk gününün qalibləri

Boks üzrə böyüklər arasında ölkə çempionatına start verilib. Azerisport.az xəbər verir ki, ABF-nin yeni boks mərkəzində keçirilən yarışın ilk günündə 45 döyüş baş tutub.

60 kq çəki dərəcəsində çıxış edən "Baku Fires" klubunun üzvü Nəsrəddin Məmmədov mübarizəsiz növbəti mərhələyə çıxıb. Onun rəqibi Həmzə Quliyev rinqə çıxmayıb. 2009-cu ilin dünya çempionatının iştirakçısı İlkin Ağayev (60 kq) yarışa qələbə ilə başlayıb. "Gilan"ı təmsil edən boksçu Zöhrab Əzimovu məğlub edib - 3:0. "Baku Fires"in daha bir üzvü - Həsən Arsunkayev gərgin mübarizədə Araz Gülməmmədovdan üstün olub - 2:1.

69 kq çəki dərəcəsində favoritlərden olan Tamerlan Abdullayev də ilk mərhələdə qalib gəlib. Təcrübəli boksçu Coşqun Əliyev üzerində qələbə qazanıb - 3:0.

Bu çəkidə "Gilan"in üzvü Saqi Salehli də qələbə qazanıb. O, Şəmistan Novruzlunu məğlub edib - 3:0. 69 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Elnur Süleymanov da növbəti mərhələyə yüksəlib.

75 kq çəki dərəcəsində "Baku Fires"in üzvü Jaba Xositaşvilinin Rahib Şabanova uduzmasını sensasiya saymaq olar. Bu çəkidə Nəbi Bağırov Orxan Məmmədovu məğlub edib. 75 kq-da qələbəyə namizədlərden sayılan Elvin Qəmbərov da ilk görüşdə qalib gəlib. "Baku Fires" klubunun üzvü Nikolay Veselov da ilk mərhələni qələbə ilə başa vurub.

Qeyd edək ki, milli komandamızın əksər 1-ci nömrələri ölkə çempionatında çıxış etmirlər.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.