22 dekabr 2015 19:40

Baku Firesin Azərbaycan çempionatı üçün heyəti açıqlandı

Dekabrın 25-dən 29-dək boks üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, ABF-nin Boks Mərkəzində təşkil olunacaq yarışda "Baku Fires" klubunun 17 üzvü mübarizə aparacaq.

Olimpiya oyunlarına lisenziya qazanan Albert Səlimov və Abdulqadir Abdullayev milli komandanın düşərgəsində olduqlarından ölkə çempionatına qatılmayacaqlar. Bu günlərdə Neft Ölkələrinin Dünya Kubokunda qızıl medal qazanan Yevgeni Ramaşkeviçə isə istirahət verilib. Heyətdə ən təcrübəli boksçular kimi Heybətulla Hacəliyevlə (64 kq) Soltan Migitinovu (81 kq) qeyd etmək olar. Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Hacəliyev Pedro Roqe baş məşqçi təyin olunduqdan sonra milli komandaya dəvət almır. Migitinov isə Teymur Məmmədov çəkisini 81 kq-a salandan sonra 1-ci nömrə statusunu itirib. Heyətə ötən mövsüm WSB liqasında bütün görüşlərini qələbə ilə başa vuran Arslanbek Mahmudov da (+91 kq) daxil edilib. 2014-cü ildə Azərbaycan kuboku yarışlarında qızıl medal qazanmış Nikolay Veselov (75 kq) ölkə çempionatında da favoritlərdən sayılır.

Qeyd edək ki, milli komandanın əksər aparıcı üzvləri Azərbaycan çempionatında iştirak etməyəcəklər.

"Baku Fires" klubunun Azərbaycan çempionatında iştirak edəcəyi heyət:

49 kq: Cavid Dadaşov, Rəsul Saliyev.
52 kq: Murad Rabadanov, Məhəmməd İbiyev.
56 kq: Yaraş Məhəmmədov.
60 kq: Nəsrəddin Məmmədov, Həsən Arsunkayev.
64 kq: Heybətulla Hacəliyev, Zaur Abdullayev.
69 kq: Tamerlan Abdullayev.
75 kq: Nikolay Veselov, Jaba Xositaşvili, Zaurbek İbrahimov, Badri Xardziani.
81 kq: Soltan Migitinov.
91 kq: Hacı Murtuzəliyev.
+91 kq: Arslanbek Mahmudov.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.